Şərurda qəza: “Tofaş” yük maşını ilə toqquşdu VİDEO

04.03.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şərur rayonunun Çərçiboğan kəndində yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, martın 2-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Tofaş” markalı avtomobil, “Mercedes” markalı yük maşını ilə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Tofaş” sürücüsünün düzgün ara məsafəsi təyin etməməsi olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью