Şərurlu İsfəndiyar barəsindəki şikayətlə bağlı məhkəməyə gəlib

13.05.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.

Ölkə.az-ın “Report”a istinadən məlumatına görə, o, prosesdə iştirak etmək üçün Binəqədi Rayon Məhkəməsinə gəlib.

Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu "dələduz" adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью