Şərurlu İsfəndiyarın tikinti işləri dayanıb: “Başıma nə oyun açırlar...”

24.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, iş adamı Emil Səməndərovun xüsusi ittiham qaydasında müraciəti əsasında “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) barəsində cinayət işi açılıb və o, təqsirləndirilən şəxs qismində tanınıb. 

İttihama səbəb İsfəndiyar Axundovun yekun məhkəmə qərarı olmadan Emil Səməndərovu “dələduz” adlandırması olub. Bununla bağlı onun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun həmin maddələrin sanksiyası çərçivəsində azadlıqdan məhrum edilməsini tələb edir. 

“Cebheinfo.az”a açıqlamasında Şərurlu İsfəndiyar bildirib ki, iş üzrə məhkəmə hələ yekunlaşmayıb. Onun sözlərinə görə, məhkəmə işi biznes fəaliyyətinə ciddi təsir göstərir: “Məhkəmə hələ bitməyib, bu proses hələ illərlə davam edəcək. Bu nə məhkəmədir, nə qurama bir işdir bilmirəm. 

Başıma nə oyun açırlar... Boş yerə vaxtımızı, günümüzü, ayımızı, ilimizi alırlar. Belə edirlər ki, bir iş görə bilməyək. Əlimdə tikintilər var və bu məsələlər əlbəttə ki, tikinti işlərimə təsir edir. İş dalınca ora-bura gedirəm”. 

Əfsanə Rəcəb 
“Cevheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью