Şərurun 14 kəndində işıq olmayacaq

01.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Şərur rayonunun bir sıra yaşayış məntəqələrində oktyabrın 2-də elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-ın yerli bürosuna "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 35/10 kV-luq Maxta, Muğanlı və Aralıq yarımstansiyalarında aparılacaq təmir işləri ilə əlaqədar saat 15:00-dan 17:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Fasilə Maxta, Dəmirçi, Axaməd, Kərimbəyli, Qarabürc, Kürçülü, Kürkəndi, Qorçulu, Muğanlı, Alışar, Aşağı Aralıq və Xələc kəndlərini, həmçinin Yengicə kəndinin bir hissəsini əhatə edəcək.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi daha keyfiyyətli və dayanıqlı şəkildə bərpa olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью