Şərurun bir hissəsində işıq olmayacaq

16.11.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şərur şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu gün Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kilovoltluq "Şərur" yarımstansiyasından qidalanan 10 kilovoltluq Şərur 2 nömrəli hava elektrik verilişi xətti Şəhidlər Memorial Abidə Kompleksinin tikintisi ilə əlaqədar xəttin köçürülməsi məqsədilə sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Şərur şəhərinin bir hissəsində saat 11:30-dan 13:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью