Sərvəti ilə yenidən diqqət çəkdi

15.10.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Türkiyəli məşhur müğənni, “İmperator” ləqəbli İbrahim Tatlıses bu dəfə sərvəti ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, İ. Tatlısesin Türkiyənin müxtəlif bölgələrinə yayılmış mülkləri, hotelləri, restoran zəncirləri və media yatırımları onun biznes dünyasında da söz sahibi olduğunu göstərir.

Məlumata görə, Seyrantəpədə kabab salonu, TV binası, “Tatlıses Şirkətlər Qrupu” ofisi və geyim markasına aid atelyesi, Sarıyerdə villa, Bodrumda “Tatlıses Paradise” apart hotelləri, Kuşadasında 157 otaqlı “Tatlıses Otel” və Şanlıurfada torpaq sahələri sənətçiyə məxsusdur. Tatlısesin beş kabab salonu, bir neçə TV kanalı və geniş avtomobil kolleksiyası da var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью