Servis ustası müştərinin milyonluq avtomobili ilə qəza törətdi VİDEO

19.08.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

İstanbulda təmir olunan milyonluq dəyərə malik “Ferrari” avtomobili ağır zərər görüb. Hadisə avtomobilin texniki xidmətində çalışan usta tərəfindən həyata keçirilən sınaq yürüşü zamanı baş verib.

Avtosfer.az xəbər verir ki, bazar dəyəri təxminən 17 milyon TL (təqribən 920 min manat) olan lüks avtomobil servisdə təmir edildikdən sonra ustalardan biri tərəfindən yoxlanış məqsədilə yola çıxarılıb. Lakin idarəetməni itirən usta sükanı saxlaya bilməyib və müştərinin avtomobili ilə qəza törədib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra müzakirələrə səbəb olub. İstifadəçilər ustanın məsuliyyətsizliyini tənqid edib və belə yüksək dəyərli avtomobillərin test sürüşlərinin yalnız peşəkar sürücülərə həvalə edilməli olduğunu bildiriblər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью