Sərxan Əmirquliyev yeni vəzifəyə təyin edildi

05.08.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin yeni sədri seçilib. Birliyin ötən gün keçirilmiş növbəti iclasında Sərxan Əmirquliyev ictimai birliyin sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Sərxan Əmirquliyev hazırda Miqren Baş Ağrıları Mərkəzinin rəhbəri olaraq fəaliyyət göstərir. O, baş ağrıları və miqren sahəsində ixtisaslaşmış mütəxəssis olmaqla yanaşı, elmi-tədqiqat, tibbi təhsil və beynəlxalq əməkdaşlıq istiqamətlərində fəal fəaliyyəti ilə tanınır.
Yeni rəhbərliyin əsas prioritetləri Azərbaycanda baş ağrıları və miqren sahəsində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, həkimlərin davamlı peşəkar inkişafının dəstəklənməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların təşviqi və əhalinin maarifləndirilməsi olacaq.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью