Sərxan Hacıyev: Yığmamız matçlarda sonadək döyüşməlidir

13.12.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır". Sport24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, bu gün baş tutacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkündən gözləntilərini açıqlayıb. Hacıyev bildirib ki, hansısa rəqibin adını çəkmək düzgün deyil: "Yığmamız matçlarda sonadək döyüşməlidir. Nəticə görüşlərdən sonra bəlli olacaq".

Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimi bu gün, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью