Sərxan Hacıyevdən Santuşla bağlı açıqlama

13.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşla bağlı açıqlama verib.

Bakıvaxtı.az-ın İdman.biz-ə istinadən məlumatına görə, o, portuqaliyalı məşqçinin istefaya gedəcəyi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib. 

S.Hacıyev bu məlumatı təkzib edib: “Onun istefaya göndərilməsi mümkün deyil. Hazırda Fernandu Santuş DÇ-2026-nın püşkatması ilə bağlı İsveçrənin Sürix şəhərindədir. İşinin başındadır və davam edir”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью