futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA-nın Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayacaq.
Futbolpress.az xəbər verir ki, bu gün İstanbulda nümayəndəliyin açılış mərasimi keçiriləcək. AFFA-nı tədbirdə icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edəcək.
Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərlərinin iştirakı gözlənilir.