Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sərxan Kərəmoğlu həmkarı Rəvan Qarayevin ona hörmətsizliyini dilə gətirib.
Adalet.az xəbər verir ki, o, həmkarının ona qarşı hərəkətini hörmətsizlik adlandırıb:
“Rəvan Qarayev adlı oxuyan var. Məni qonaq çağırdı. Sonra istirahət üçün hamam komplesinə getdik. Dedim həmkarıq, nə olacaq. Ancaq hardan bilim ki, bu adam məni qışın soyuğunda yolda qoyacaq. Gələndə yanında dostu da var idi. Hamamdan çıxandan sonra dedi ki, bizim başqa işimiz var. Mən anladım ki, onlarla sağollaşmalıyam. Taksi çağırdım. Onlar məni gözləmədi ki, taksi gəlsin, mən gedim. Sonra getsinlər. Qışın soyuğunda – fevral ayında məni yolda qoyub getdi. Ondan sonra bir dəfə də olsun soruşmadı ki, necə getdin?
Anlayıram, insanlıq halıdır, işi ola bilər. Ancaq diqqət göstərib halımı soruşa bilərdi”.
Əntiqə