Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Rusiya Federasiyasının Miqrasiya Agentliyi 200 min miqranta qadağa qoyub".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni və aparıcı Sərxan Kərəmoğlu deyib.
Onun sözlərinə görə, "stop" qərarı Rusiya Federasiyasının Miqrasiya Agentliyinin rəisi tərəfindən verilib:
"Onların arasında mən də varam. Sənədlərimin yerində olması mənə bir balaca uğur gətirəcək. Artıq məhkəməyə müraciət olunub. Cavab gözləyirəm".
Sərxan Kərəmoğlu baş verənlərdən narahat olduğunu da gizlətməyib.
Bahar Rüstəmli