sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Barselona" və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Serxio Buskets Kataloniya klubunun ikinci komandasının məşqçilər korpusuna qoşula bilər. Sport24.az xəbər verir ki, bu barədə Sport.es-in məlumat yayıb.
2025-ci ildə karyerasını bitirən 38 yaşlı ispaniyalı məşqçi Juliano Bellettinin köməkçilərindən biri ola bilər. UEFA lisenziyasına malik olmasa da, rəhbərlik keçmiş oyunçunun mümkün təyinatına müsbət yanaşır.
Qeyd edək ki, Buskets 2005-ci ildən 2023-cü ilə qədər "Barselona"da oynayıb. O, Kataloniya təmsilçisində 722 oyun keçirib, 18 qol vurub və 46 məhsuldar ötürmə edib.