Serxio Peres Red Bulldan ayrılır?

19.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meksikalı pilot Serxio Peres "Formula-1" mövsümünün sonunda "Red Bull" komandasını tərk etdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.

"Bu dörd il üçün sizə təşəkkür edirəm, "Red Bull!", - deyə Peres sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, o, 2021-ci ildən "Red Bullda çıxış edir. "Formula-1" karyerası ərzində o, 282 mərhələdə iştirak edib, altı yarışda qalib gəlib və 39 dəfə podiuma yüksəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью