Serxio Peresə son şans verilib İdman və Biz

02.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Formula-1" komandası "Red Bull" Serxio Peresə son şans verəcək.

İdman.biz xəbər verir ki, meksikalı sürücünün Abu-Dabi Qran-prisində nəticəsi onun gələcək karyerasını müəyyən edəcək.

Əgər Peres mövsümün son yarışında uğur qazana bilməsə komanda onunla yollarını ayıracaq. Artıq Serxionun yerinə namizədin adı bəllidir. Son zamanla avstraliyalı pilot Liam Lousonun "Red Bull"a keçəcəyi xəbərləri yayılıb.

Qeyd edək ki, Serxio 2024-cü il mövsümündə 1-ci ola bilməyib. O, sürücülərin yarışında 152 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью