Serxio Ramos Argentina klubunun hədəfində

12.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İspaniya millisinin və "Real Madrid"in sabiq müdafiəçisi Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə "Boka Xuniors" ciddi maraqlanır.

Argentina klubunun rəhbərliyi  iki əfsanəni – Ramosu və hazırda "Boka"da çıxış edən uruqvaylı Edinson Kavanini  birlikdə iş başında görmək istəyir.

Danışıqlara yanvar ayında start veriləcəyi gözlənilir. "Boka" klub dünya çempionatından öncə heyətini gücləndirmək niyyətindədir.

Xatırladaq ki, turnir 2025-ci il 15 iyun - 13 iyul tarixlərində ABŞ-da keçiriləcək.

Rafael

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью