Serxio Ramos “Boka Xuniors”la danışıqları dayandırdı

19.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Serxio Ramos yeni klub axtarışlarını davam etdirir. Sport24.az xəbər verir ki, Argentina təmsilçisi "Boka Xuniors" 38 yaşlı futbolçunun xidmətində maraqlı olsa da, keçid baş tutmayıb.

Argentina mətbuatının yazdığına görə, futbolçu ilə klub arasında danışıqlar nəticəsiz başa çatıb. İspaniyalı müdafiəçi Argentinaya köçməkdən imtina edib.

Qeyd edək ki, Ramos ötən mövsümün sonunda, "Sevilya" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. O, əvvəllər PSJ və "Real"da çıxış edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью