Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Dünya futbolunun əfsanəvi müdafiəçilərindən olan Serxio Ramos boks döyüşünə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "X" platformasında "Moslee" sosial media hesabı yayıb.
Mənbənin məlumatına görə, 39 yaşlı keçmiş "Real Madrid"li 22 avqustda keçiriləcək "Misfits Boxing League" turnirində amerikalı blogger Endryu Teytə qarşı döyüşdə debüt edəcək. Döyüş 88,5 kq (198 funt) çəki kateqoriyasında altı raund və üç dəqiqəlik olacaq. Rəsmi olaraq döyüşün elanı yaxın günlərdə olacaq.
Endryu Teyt həmçinin, keçmiş peşəkar kikboksçu və sahibkardır.