Icma.az, Milli.az portalına istinadən məlumat verir.
İspaniyalı ulduz futbolçu Serxio Ramosun "Sevilya" klubunun sahibi ola biləcəyi iddia olunur.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Ramos keçmiş klubunu satın almaq üçün 450 milyon avro məbləğində təklif irəli sürüb. Bildirilir ki, futbolçu "Sevilya"nın əsas səhmdar qrupuyla prinsipial razılıq əldə edib.
Məlumata görə, bu prosesdə Ramosun ortağı kimi "Five Eleven Capital" şirkətinin əsas simalarından biri olan Martin İnk də iştirak edəcək.
Qeyd edək ki, Serxio Ramos "Sevilya" klubunun yetirməsidir. O, 2003-2005-ci illərdə, eləcə də 2023/2024 mövsümündə komandanın formasını tərlədib.
Hüseyn
Milli.Az