Serxio Ramos keçmiş klubunu almaq üçün danışıqlara başlayıb

26.01.2026

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İspaniyalı futbolçu Serxio Ramos "Sevilya" klubunun sahibi ola bilər.

Oxu.Az "Cadena SER"ə istinadən xəbər verir ki, o, keçmiş klubunun sahibi olmaq üçün 450 milyon avro təklif edib.

Futbolçu "Sevilya" klubunun əsas səhmdar qrupu ilə prinsipial razılıq əldə edib. Onun ortağı, "Five Eleven Capital" qrupunun əsas fiquru Martin İnk də bu işə cəlb olunacaq.

Xatırladaq ki, Ramos "Sevilya" klubunun yetirməsidir. O, 2003-2005-ci illərdə və 2023/2024 mövsümündə klubun formasını geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью