Serxio Ramos mahnı oxuyacaq

31.08.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos ilk musiqi trekini buraxacaq.

İdman.biz xəbər verir ki, hazırda Meksikanın "Monterrey" klubunda çıxış edən 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Cibeles" mahnısı Madrid şəhərində yerləşən və "Real" azarkeşlərinin klubun qələbələrini qeyd etdiyi fəvvarənin şərəfinə adlandırılıb.

Qeyd edək ki, Serxio Ramos 2005-2021-ci illərdə Madrid "Real"ının formasını geyinib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью