Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid" və PSJ kimi Avropa nəhənglərində oynamış əfsanəvi ispan müdafiəçisi Serxio Ramos Rusiyada peyda ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya Media Liqasının rəhbəri Nikolay Osipov "Sport-Ekspress"ə açıqlamasında deyib.
O, Media Liqasının tərəfdaşlarından birinin sayəsində Ramosla danışıqlar aparıldığını vurğulayıb. Osipov əlavə edib ki, dünya səviyyəli ulduzlardan biri 2026-cı ildə Media Liqasında mütləq qonaq olacaq.
Ötən il turnirin qonağı "Mançester Yunayted"in və Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Nani olub.