Serxio Ramos yenidən “Real”a qayıdır

14.11.2024

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Real Madrid”in keçmiş futbolçusu Serxio Ramos yenidən kral klubuna qayıdacaq.

Missiya.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Real Madrid” braziliyalı müdafiəçi Eder Militaonun zədə səbəbindən 2024-2025-ci illər mövsümünü başa vurmasına görə, boş qalan mərkəz müdafiə xəttini gücləndirmək üçün Ramosla danışıqlara başlayıb.

Məlumata görə, 38 yaşlı müdafiəçinin keçmiş komandasının təklifinə müsbət yanaşıb.

Qeyd edək ki, "Real"da keçirdiyi 15 mövsümdə 671 matça çıxan ispaniyalı ulduz bu matçlarda 101 qol vurub, 40 məhsuldar ötürmə ilə yadda qalıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью