Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Əfsanəvi müdafiəçi Serxio Ramos və tərəfdaşları "Sevilya" klubunun sahibi olmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Cope" məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflərin 5 aydır üzərində işlədikləri müqavilə uğursuzluğa düçar olub. Səbəb Ramos və Argentina investisiya fondu "Five Eleven Capital"-dakı tərəfdaşlarının təkliflərini son anda dəyişmələri olub.
"Onlar 80 min səhm almağı öhdəlik götürmüşdülər, amma indi təxminən 30 min səhm almaq və müstəqil şəkildə kapitalı artırmaq istəyirlər. Onlar bununla minimal maliyyə xərcləri ilə klub üzərində nəzarət imkanı əldə etməyi planlaşdırırlar. Ancaq "Sevilya"nın hazırkı sahibləri klubun satışı ilə bağlı danışıqları dayandırıb və potensial alıcıların müflisləşdiyini düşünürlər. Bir sözlə, təkliflərin pisləşməsi mümkün anlaşma ehtimalını heçə endirib".
Serxio Ramos 2003-2005 və 2023-2024-cü illərdə "Sevilya"da oynayıb.