Serxio Ramosun yeni klubu müəyyənləşib

31.01.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Serxio Ramosun yeni klubu məlum olub. Sport24.az "Super Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi karyerasını Meksikada davam etdirəcək.

38 yaşlı futbolçu "Monterreem"lə ortaq məxrəcə gəlib. O, bu gün həkim müayinəsindən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Ramosun son klubu "Sevilya" olub. Futbolçu ötən mövsüm meydana çıxdığı 37 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью