Sərxoş ata 1 yaşlı qızını döyərək ÖLDÜRDÜ

14.08.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Kurqan şəhərində dəhşətli hadisə baş verib. Sərxoş vəziyyətdə olan ata 1 yaşlı qızına hücum edərək onu döyüb.

Redaktor.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Hadisə avqustun 3-də qeydə alınıb. İlkin məlumata görə, spirtli içkinin təsiri altında olan kişi bir yaşlı qızına zərbələr endirməyə başlayıb. Uşağı anası müdafiə edib və döyülmənin qarşısını almağa çalışıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən ata hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью