Sərxoş dayı bacısı oğlunu maşınla gəzməyə aparıb qəzada öldürdü FOTOLAR

22.10.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bacısı oğlunu maşınla gəzməyə aparan sərxoş dayı ağır qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Omsk şəhərində baş verib. Məlumata görə, 23 yaşlı dayı 11 yaşlı bacısı oğlunu “VAZ-2112” markalı avtomobillə gəzməyə aparıb və magistral yola çıxıb. Sərxoş vəziyyətdə olan dayı sürət həddini aşıb və bir müddət sonra sükan idarəetməsini itirərək avtomobili yol kənarına aşırıb. Bir neçə dəfə çevrilən avtomobil deformasiyaya uğrayıb.

Qəza nəticəsində 11 yaşlı oğlan ölüb, 23 yaşlı sürücü isə yüngül xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью