Sərxoş dostunun avtomobil idarə etməsinə mane olmaq xəyanət deyil AÇIQLAMA

24.11.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışı Anar Kərimovun ölümü ilə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub. Məlumata görə, məclisdən sonra Ada Süleymanova ayıq sürücü sifariş edib və onun xidmət haqqını ödəyib. Lakin Anar Kərimov sonradan ayıq sürücünün xidmətindən imtina edərək avtomobili özü idarə etmək qərarına gəlib. Restorandan ayrıldıqdan təxminən 10-15 dəqiqə sonra yüksək sürətlə hərəkət edən avtomobil DAF markalı yük maşınına çırpılıb və qəza nəticəsində hər iki şəxs hadisə yerində ölüb.

Bəzən insanlar dostluq münasibətlərinə görə sərxoş şəxsin avtomobil idarə etməsinə müdaxilə etməkdən çəkinirlər. Bu düşüncə nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, spirtli içki qəbul edən şəxs özünə və ətrafına adekvat qiymət verə bilmir:

"Alkoqol beynin fəaliyyətini pozur, diqqəti, reaksiyanı və qərarvermə qabiliyyətini zəiflədir. İnsan riskləri düzgün qiymətləndirmir, öz imkanlarını olduğundan artıq görür və saxta cəsarət nümayiş etdirir. Bu vəziyyətdə insanın avtomobil idarə etməsi yolverilməzdir. Burada güzəştə yer yoxdur. Daha sərt qaydalar tətbiq edilməli və ictimaiyyət bu məsuliyyət barədə məlumatlandırılmalıdır".

Müsahibimiz vurğuladı ki, sərxoş vəziyyətdə sükan arxasına keçmək istəyən şəxsi dayandırmaq lazımdır:

"Bunun üçün lazım gəldikdə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Qanunun tələbi yerinə yetirilməlidir. Cəmiyyətdə nizam qanunla tənzimlənir. Yaxşı dost dostunun həyatını yalnız mənəvi deyil, hüquqi baxımdan da qorumalıdır. Dostluq təhlükəli davranışa göz yummaq deyil. Sərxoş dostunun avtomobil idarə etməsinə mane olmaq xəyanət deyil, məsuliyyətdir. İctimai düşüncədəki dostluq stereotiplərindən və yanlış düşüncələrdən xilas olmaq lazımdır. İnsan həyatını qorumaq heç bir dostluq anlayışından üstün deyil".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью