Sərxoş halda hovuza düşən müəllimə peşəsi qadağan EDİLDİ

04.02.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Böyük Britaniyada üzgüçülük üzrə müəllim qızılgül şərabı içdikdən sonra məktəb hovuzun düşüb. Buna görə də o, peşəsindən uzaqlaşdırılıb.

Redaktor.az xəbər verir ki, söhbət Liam Nayt adlı müəllimdən gedir.  Məhkəməyə bildirilib ki, müəllimin nahar fasiləsi zamanı aldığı qızılgül şərabı şüşəsi sonradan işçilərin tualetindən tapılıb. Üzgüçülük müəllimi isə şərabı parkda içdiyini bildirib. Araşdırmalar zamanı onun tez-tez məktəbə spirtli içki gətirdiyi məlum olub. 

Bütün sübutlar araşdırıldıqdan sonra məhkəmə ona iki yoxlama müddəti ilə müəllimlik fəaliyyətini qadağan edib. 

 Vasif ƏLİHÜSEYN 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью