Sərxoş halda keçmiş sevgilisigilə gedən evli kişi həbs edildi Video

08.10.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Balakən rayonunda sərxoş halda keçmiş sevgilisinin evinə gedərək ictimai asayişi pozan şəxs həbs olunub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Katex qəsəbəsində baş verib.

1980-ci il təvəllüdlü Habil Xasayev toy mərasimində təxminən bir litr araq içdikdən sonra əvvəllər münasibətdə olduğu qadının evinə gedib. Lakin qadının qızı onu içəri buraxmayıb və tərəflər arasında mübahisə yaranıb.

Evli olan Habil Xasayev səs-küy saldıqdan sonra ərazidən uzaqlaşıb. Qadının qızı isə polisə müraciət edib.

Faktla bağlı barəsində inzibati protokol tərtib edilən 45 yaşlı şəxs Balakən Rayon Məhkəməsinə göndərilib və 10 sutka inzibati həbs cəzası alıb.

Yaşar Araz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью