Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Binəqədi rayonu ərazisində “Range Rover” markalı avtomobillə yol hərəkət qaydasını pozan sürücünün sərxoş olduğu müəyyənləşib.
"Yeni Sabah" xitab24.az-sa istinadla xəbər verir ki, saxlanılarkən polisin qanuni tələbinə məhəl qoymayan 24 yaşlı sürücü tabesizlik göstərib.
O, səs-küy salaraq avtomobilini yandırağacağını bildirib. Bakıda online alış-veriş
Polis bölməsinə aparılan sürücü barədə İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, avtomobil isə duracağa yerləşdirilib. Sürücü məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.