Sərxoş halda toyuq kəsən kişinin başına iş gəldi

12.01.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü N.Pənahov qarın nahiyəsindən yaralanıb.

O, əvvəl Ağstafa Mərkəzi Rayon Xəstəxanasına, sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, zərərçəkən sərxoş halda toyuq kəsən zaman ehtiyatsızlıqdan bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью