Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Zaqatala rayonunda ər-arvad arasında dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 3-də rayonun kəndlərindən birində baş verib. 1972-ci il təvəllüdlü Nadirin həmin gün saat 16 radələrində arvadı Zümrüd (adlar şərtidir – red.) ilə mübahisəsi olub.
Nadir kənddə yerləşən yaşadıqları evdə arvadı ilə spirtli içki üstündə mübahisə edib. Qadın ərinin spirtli içkiyə aludə olub və tez-tez spirtli içki qəbul etməsinin üstündə mübahisə edib.
Yaranmış mübahisə zamanı Nadir qisas almaq niyyəti ilə arvadının üz nahiyəsinə yumruqla, bədəninə təpiklə zərbələr vurub. Həmin zərbələr nəticəsində qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, etdiyi əməldən peşmandır, arvadına qarşı səhv edib:
“Mən ara-sıra içki içmişəm. İçki aludəçisi olmamışam. Fərdi əməklə məşğul olmaqla işə gedib-gəlirəm. Yoldaşım isə bir-iki gün adı ilə anasıgilə gedib, həftə ilə evə qayıtmayıb. Mən yoldaşımdan niyə gec qayıtdığını soruşmuşam. O, isə cavab qaytarıb. Mənim nəslim, ailə üzvlərim barəsində nalayiq ifadələr işlədib. Daha sonra qeyd edilən hadisə baş verib. Hazırda Zümrüd ilə barışmışam”.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Bu səbəbdən də qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Nadir cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 3-də rayonun kəndlərindən birində baş verib. 1972-ci il təvəllüdlü Nadirin həmin gün saat 16 radələrində arvadı Zümrüd (adlar şərtidir – red.) ilə mübahisəsi olub.