Sərxoş kişi faciəvi şəkildə öldü

21.03.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gədəbəydə bədbəxt hadisə baş verib.

Milli.Az bildirir ki, martın 19-u saat 18 radələrində Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə. Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşüb və orada ölüb.

Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью