Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. Ağcabədi rayonunda qonşu qadının evinə girən sərxoş kişi həbs edilib.
Avtosfer.az Teleqraf.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Murad (adlar şərti verilib - red.) sərxoş vəziyyətdə öz evinin ünvanını səhv salıb və qonşusunun evinə girib.
Ev sahibi - Nərminə adlı qadınla aralarında mübahisə yaranıb. Qadın çağırılmamış qonağı evdən qovan zaman əlbəyaxa olublar.
Murad ev sahibinə xəsarət yetirib. Murad izahatında göstərib ki, zərərçəkmiş şəxslə heç bir ədavəti və düşmənçiliyi yoxdur.
Evə gələn zaman sərxoş olduğu üçün ünvanı səhv salıb, həmin vaxt Nərminə onu təhqir etdiyi üçün aralarında mübahisə yaranıb: "Mübahisə zamanı Nərminə məni vurmaq istədi.
Mən isə onun əlindən çıxaraq qaçdım. Törətdiyim əməldən peşmanam".
İş üzrə izahat verən Nərminənin ifadəsinə görə, Murad onun yaşadığı evə gəlib: "Sərxoş olduğu üçün mənə əl-qol atdı.
Çölə çıxmaq istədim, məni tutaraq pilləkəndən yerə yıxdı. Şalvarımı və koftamı çıxarmaq istədi.