Sərxoş kişini sancan ilan özü öldü

07.10.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sərxoş kişini sancan gürzə qandakı alkoqolun təsirindən özü ölüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xorvatiyada baş verib.

42 yaşlı Ştef Radulovuç çoxlu alkoqollu içki qəbul etdikdən sonra bir az gəzişmək qərarına gəlib. Bu zaman ayağında ağrı hiss edib. Təhlükə hiss edən gürzə onu sancıbmış. İlanın hərəkətlərinin qeyri-adekvat olduğunu hiss edən Ştef onu veterinara aparmaq qərarına gəlib. Amma ilan yolda ölüb. Sonradan ekspertiza ilanın məhz Ştefin qanında olan yüksək dozalı alkoqoldan öldüyü barədə rəy verib. 

O ki qaldı Raduloviçə, alkoqol zəhəri zərərsizləşdirdiyindən ona heç nə olmayıb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью