Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
“Science Advances” jurnalında dərc olunan məqalədə deyilir ki, Berklidə yerləşən Kaliforniya Universitetinin alimləri alkoqola meylin insanlara primatlarla ümumi əcdadlarından keçmiş ola biləcəyini güman edirlər. Belə ki, qədim primatların yediyi fermentlənmiş meyvələrin tərkibində adətən şəkər və alkoqol olurdu.
Kot-Divuar və Uqandada aparılan araşdırmalar göstərib ki, 1 şimpanze gündə 14 qram etanol qəbul edir. Onlar tərkibində etanolun miqdarı daha çox olan meyvələrə üstünlük verirlər.
İnsanların alokoqollu içkilərə meylinin primatlardan keçməsi fərziyyəsini daha əvvəllər Kaliforniya Universitetindən professor Robert Dadli irəli sürmüşdü. Bu ehtimal “Sərxoş meymun nəzəriyyəsi”adlanır. Əvvəllər nəzəriyyə skeptik qarşılanırdı. Lakin getdikcə onu təsdiqləyən faktların və tərəfdarlarının sayı artır.
Son araşdırmalar göstərir ki, insanın alkoqola meylinin tarixi 30 milyon il əvvələ - hazırkı primatlarla ümumi əcdadların qida seçiminə qədər gedə bilər.
Samir Quliyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Kot-Divuar və Uqandada aparılan araşdırmalar göstərib ki, 1 şimpanze gündə 14 qram etanol qəbul edir. Onlar tərkibində etanolun miqdarı daha çox olan meyvələrə üstünlük verirlər.