525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Litvanın rifah naziri Reyns Uzulnieks sərxoş halda avtomobil idarə etdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan nazirin qanında 3,5 promil alkoqol aşkarlanıb.
Bundan sonra baş nazir Andres Kulberqsin əmri ilə Uzulnieks istefaya göndərilib. Bu vəzifəni icra etmək Uldus Auqulisə həvalə olunub.
Qeyd edək ki, Reyns Uzulnieks bu ilin mayında rifah naziri vəzifəsinə təyin olunmuşdu.
L.Tağıyeva