Sərxoş sürücü piyadanı avtomobillə vuraraq öldürüb Sürücü saxlanılıb

06.11.2024

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuz rayonunda sərxoş sürücü avtomobillə piyadanı vuraraq öldürüb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Belə ki, Ramil Əkbərov sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Auiris” markalı avtomobillə piyada Kimya Bağırovanı vuraraq qaçıb.

Piyada aldığı xəsarətlərdən yerindəcə ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью