Sərxoş sürücü yol polisindən qaçarkən saxlanıldı; maşından güllə çıxdı VİDEO

03.10.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polisdən qaçan sərxoş sürücü qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Ərzincan bölgəsində baş verib.

Məlumata görə, gecə saatlarında Beşsaray kəndi yaxınlığında 24-AH-717 nömrə nişanlı avtomobilin sürücüsü U.K. polisin “saxla” əmrinə tabe olmayıb və qaçıb. Təqib zamanı yüksək sürətlə idarə olunan avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 24 yaşlı sərxoş sürücü və 17 yaşlı qıza xəsarət alıb.

Polisin apardığı müayinə zamanı sürücünün sərxoş olduğu məlum olub. Bundan əlavə, avtomobilin salonundan tüfəng güllələri tapılıb. Buna görə də, hadisə yerinə hadisə yerinə müstəntiqləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью