Sərxoş sürücünün bu hərəkəti polisi TƏƏCCÜBLƏNDİRDİ FOTO

25.06.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Çinin Hubey vilayətində üç gəncin sərxoş halda sükan arxasına keçməmək üçün seçdiyi qeyri-adi üsul sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, spirtli içki qəbul etdikdən sonra avtomobili idarə etməyin qanun pozuntusu olduğunu nəzərə alan gənclər nəqliyyat vasitəsini işə salmaq əvəzinə onu təxminən 500 metr məsafə boyunca piyada itələyərək evə aparmağa qərar veriblər.

Hadisə şahidlər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Qısa müddətdə yayılan görüntülər internet istifadəçilərinin diqqətini çəkib və müxtəlif müzakirələrə yol açıb.

Hadisəyə münasibət bildirən yerli yol polisi nəzarət kameralarının görüntülərini araşdırdıqdan sonra gənclərin hərəkətlərinin klassik mənada sərxoş sürücülük hesab edilmədiyini açıqlayıb.

Müstəntiqlərin bildirdiyinə görə, avtomobilin mühərriki işləməyib və nəqliyyat vasitəsi hərəkət zamanı kənardan idarə olunub. Bu səbəbdən onların hərəkətlərində sərxoş vəziyyətdə avtomobil idarə etmək faktı müəyyən edilməyib.

Bununla belə, hüquq-mühafizə orqanları gənclərin sıx hərəkətin müşahidə olunduğu magistral yolda avtomobili itələməsinin təhlükəli olduğunu vurğulayıblar. Bildirilib ki, bu cür davranış digər hərəkət iştirakçıları üçün risk yarada və yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью