Sərxoş tələbə qız drift edən maşından yola yıxıldı VİDEO

20.11.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tələbə qız drift zamanı maşından yıxılıb. Avtosfer.az xəbər verir ki, Başqırdıstanda baş verən hadisənin kadrları kameraya düşüb. Belə ki, 19 yaşlı tələbə qız gecə iki yeni tanışı ilə maşınla gəzməyə çıxıb. Sərxoş olan yeniyetmələr musiqiyə yüksək səs verərək şəhər küçələrində şütüyüblər. Bir müddət sonra isə gənc sürücü döngəyə driftlə daxil olub və bu anda sərxoşluğun və musiqinin də təsiri ilə arxa oturacaqda yatan qız avtomobilin açılan qapısından yolun hərəkət hissəsinə yıxılıb. Əks yoldan gələn sürücünün diqqəti sayəsində 19 yaşlı tələbə avtomobilin altında qalamaqdan son anda xilas olub.

Sözügedən hadisənin anbaan kadrlarını təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью