Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
İngiltərə yığmasının sabiq futbolçusu Pol İns sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Onun avtomobili hasara çırpılıb.
"Football-plus.az" xəbər verir ki, 57 yaşlı veteran yarımmüdafiəçi iyulun 18-də məhkəmə qarşısına çıxacaq.
Xatırladaq ki, İns İngiltərə yığmasının heyətində AÇ-96-nın bürünc medalçısı olub.
O, "Mançester Yunayted"lə 2 dəfə Liqa və federasiya kubokunun, həmçinin UEFA Superkuboku və Kuboklar Kubokunun qalibi olub.