Icma.az bildirir, Sia Az portalına istinadən. …Bali adasında sükut günü kimi tanınan ənənəvi Nyepi bayramı martın 29-da başlayıb.
SİA-nın məlumatına görə, bu bayramda yerli ay təqvimi ilə müəyyən edilən Bali Yeni ili qeyd olunur.
24 saat ərzində adada nəqliyyatın hərəkəti tamamilə dayandırılır, hava limanları və dövlət qurumları bağlanır, sakinlərdən və turistlərdən ciddi qaydalara riayət etmələri tələb olunur.
Bu gün küçəyə çıxmaq, səs-küy salmaq, parlaq işıqları yandırmaq qadağandır.
İstisnalar yalnız işıqlandırmanın məhdud rejimdə istifadə oluna biləcəyi tibb müəssisələri və otellər üçün edilir - otaqlarda pərdələr çəkilməlidir, xəstəxanalarda isə işıqlandırmaya yalnız qapalı şəraitdə icazə verilir.
“Pekalanqalar” adlanan xüsusi patrullar asayişin qorunmasını təmin edir.
Qanunu pozanlara xəbərdarlıq edilə və adət-ənənələrin qorunub saxlanmasının vacibliyi barədə izahat xarakterli söhbət aparıla bilər.
Bayramın özəllikləri ilə tanış olmayan turistlər bəzən yerli sakinləri təəccübləndirən suallar verirlər.