Səs küylü istefadan sonra Maskdan gözlənilməz jest

13.11.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Nvidia” şirkətinin baş direktoru və həmtəsisçisi Jensen Huanqın vəzifəsindən istefa verməsindən dərhal sonra milyarder iş adamı İlon Maskdan diqqətçəkən reaksiya gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Tesla” və “SpaceX”in sahibi İlon Mask ona məxsus “X” sosial media platformasında istifadəçilərdən birinin “İlon, xahiş edirəm Jenseni işə götür” çağırışına cavab verib.

Mask qısa şəkildə “Bu, mənim üçün şərəf olardı” yazıb.

Maskın bu açıqlaması texnologiya dünyasında Huanqın “Tesla”, “SpaceX” və ya “xAI” kimi layihələrdə yeni vəzifə tuta biləcəyi ilə bağlı fərziyyələrə yol açıb. Lakin milyarder konkret hansı şirkət və ya vəzifədən söhbət getdiyini dəqiqləşdirməyib və hələlik rəsmi iş təklifi irəli sürülməyib.

Qeyd edək ki, iki texnologiya nəhəngi arasında peşəkar əlaqələr uzun illərə dayanır. Maskın şirkətləri süni intellekt infrastrukturunda məhz “Nvidia” prosessorlarından geniş istifadə edir.

1993-cü ildən bəri “Nvidia”ya rəhbərlik edən Jensen Huanq şəxsi həyatı ilə bağlı qalmaqallar və İdarə Heyətinin başlatdığı daxili araşdırmalar fonunda istefa verib. Şirkətin maliyyə direktoru Kolett Kress müvəqqəti olaraq baş direktor səlahiyyətlərini icra etməyə başlayıb.

“Nvidia” rəhbərliyi istefaya baxmayaraq, şirkətin gündəlik əməliyyatlarının və məhsul istehsalı cədvəlinin fasiləsiz davam edəcəyini bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью