Səs qəzetinin 35 illik yubileyi münasibətilə | Icma.az
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Səs" qəzetinin 35 illik yubileyi münasibətilə Bəhruz müəllim təbrikimi qəbul et , Yüz yaşı qeyd edək , yəqin ki, bəsdi , Bu gün "Səs"in əlamətdar günüdür, 35 il sanki yel kimi əsdi, "Məşhur 91 - lər" ünvanı "Səs"di !
Gəlin xatırlayaq o zamanları , "Müraciət" çap olunan anları , Dahi Heydər Əliyevin qərarı Sanki xalqımıza yeni nəfəsdi , "Məşhur 91 - lər" ünvanı "Səs"di !
Tarix dahiləri az - az yetirər , Misilsiz xidmətlər uğur gətirər , Aran söyüd , dağlar palıd bitirər , Bizimki Xan Çinar , Palıd , Vələsdi , "Məşhur 91 - lər" ünvanı "Səs"di !
Ölkəmiz qəhrəman "Odlar Yurdu"du, Haqq yolumuz Ulu Öndər yoludu , Amalımız həqiqətdi , doğrudu , Bu ali məqsəddi, gözəl həvəsdi , "Məşhur 91 - lər" ünvanı "Səs"di !
Yaxşı bilir nəyi, necə, nə zaman, Etməyi cənab Ali Baş Komandan , Adını tarixə əbədi yazan , "Dəmir Yumruğ"uyla düşməni əzdi, "Məşhur 91 - lər" ünvanı "Səs"di !
Ürəkdən gələni yazıbsan Anar , Şükürlər çin olur bütün arzular , Oxuyanlar yəqin ki , razı qalar , Bu şeiri yazmasan inan ki , qəsddi , "Məşhur 91 - lər" ünvanı "Səs"di !
"Məşhur 91 - lər" ünvanı "Səs"di ! Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu