Icma.az bildirir, Moderator.az portalına istinadən. Səs rejissoru kimdir, nə ilə məşğuldur, nə qədər qazanır və harada öyrənmək olar?
Bu suallara cavab almaq üçün səs rejissoru və səs dizayneri Nadir Mahmudova müraciət etdik.
O, “Nabat”, "Günəşim ol", "Laləli saray", “Körpü ”, "Əqrəb mövsümü”, “Vətəndaş A” və “Narqız” filmlərində səs dizaynı, səs rejissoru kimi çalışıb və digər layihələr üçün də səs prodakşn hazırlayıb.
Bu məqalədə səs rejissoru nə ilə məşğuldur, əsas bacarıqları hansılardır, incəsənət və medianın müxtəlif sahələrindəki iş necə fərqlənir, səs rejissorlarının istifadə etdiyi proqramlar hansılardır, iş tapmaq harada mümkündür, səs rejissorları nə qədər qazanır, bu iş üçün ali təhsil vacibdirmi, “Dolby Atmos” nədir, səs rejissoru nə ilə məşğuldur kimi suallara cavab tapa biləcəksiniz.
Nadir Mahudov deyir ki, səs rejissoru filmlər, kompüter oyunları, tamaşalar, reklamlar və digər incəsənət əsərləri üçün səs müşayiəti yaradan mütəxəssisdir: “Rejissor və ya prodüserin təklif etdiyi konsepsiyanı anlayaraq, bu konsepsiyanı ən yaxşı şəkildə əks etdirəcək səsləri seçir.
Məsələn, dəhşət filmləri üçün qorxu hissini gücləndirən səs effektləri, reklam üçün məhsulun cazibədarlığını vurğulayan səslər var və s.
Beləliklə, səs rejissorluğu həm texniki, həm də yaradıcı peşədir.
Bu mütəxəssis həm monoton kontenti analiz etmə bacarığına, həm də layihə üçün öz baxışına malik olmalıdır”.