Səs terapevti İlhamə Babayeva: Qara Qarayevin musiqisi akademik məktəb ilə səslərin canlı, şəfalı gücü arasında körpüdür

02.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 fevral, Anara Axundova, AZƏRTAC

2026-cı il fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli siması, böyük bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunacaq.

Bu münasibətlə AZƏRTAC dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən gənc musiqiçilər, müxtəlif janr və istiqamətlər üzrə musiqi ifaçıları ilə söhbətlər silsiləsini təqdim edir.

Ali təhsilli klassik musiqiçi, skripkaçı, həmçinin etnik musiqi sahəsində çoxalətli sənətçi və səs terapiyası mütəxəssisi İlhamə Babayeva (Azərbaycan) görkəmli bəstəkarın yaradıcılığının əhəmiyyəti barədə danışıb:

“Mən Qara Qarayevin yaradıcılığını akademik dəqiqliyin və səsin arxetipik gücünün nadir və dərin sintezi kimi qəbul edirəm. Peşəkar kimi təşəkkül tapdığım illərdə onun musiqisi öz forması, aydın kompozisiya məntiqi və incə intonasiyası ilə yoluma işıq saçıb. Bu əsərlərdə həmişə ənənə ilə novatorluq, milli melodiyalarla XX əsr musiqisinin universal dili arasında gərgin və canlı dialoq hiss edirdim.

Sonralar yolum etnik musiqiyə və səs terapiyasına doğru genişləndi, bu kontekstdə Qara Qarayevin təsiri mənim üçün daha da dərinləşdi. Onun əsərlərində səsi enerjili və psixi-emosional bir məkan kimi eşitməyə başladım. Onun musiqisi mənim üçün akademik məktəb ilə səsin canlı, şəfalı gücü arasında bir körpü oldu və bu, düşüncəmə və səslə iş prosesimə təsir etməyə davam edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью