Səsiniz dəyişilibsə... TƏHLÜKƏLİ SƏBƏBLƏR! | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumat verir. İnsanın səsi onun ən səciyyəvi əlamətlərindən biridir.
Bu səbəbdən insanı səsindən tanımaq çox asandır. Yeniyetməlik dövründə səs dəyişilir.
Bu orqanizmdə gedən mürəkkəb hormonal dəyişikliklərlə bağlı olan təbii fizioloji prosesdir.
Yetkin insanda isə səsin dəyişilməsi bəzi ciddi xəstəliklərin və pozulmaların simptomu ola bilər.
- Səsin tutulmasının əsas səbəblərindən biri laringitdir (udlağın iltihabı).
Bu zaman səs xırıltılı olur, bəzən tam tutulur, xəstə boğazında göynəmə, qaşıntı hiss edir.
- Əgər səsin "səbəbisz" tutulması 1 həftədən çox keçmirsə, insan boğazında sıxılma, yad cismin olmasını, udma zamanı ağrıları hiss edirsə, bu udlaq şişlərinin simptomu ola bilər.
- Səsin tembrinin dəyişilməsi nəfəsalma sistemi xəstəliklərinin (pnevmoniya, vərəm, hətta ağciyər xərçəngi) simptomu ola bilər.
Tam oxu
Xəbəri oxu